ABŞ-ın müdafiə naziri Gürcüstanın sülh platforması təşəbbüsü barədə məlumatlandırılıb

Lloyd Austin, İrakli Qaribaşvili

© APA | Lloyd Austin, İrakli Qaribaşvili

# 18 oktyabr 2021 17:19 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austini qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

İ. Qaribaşvili ABŞ-ın Gürcüstan üçün sadiq müttəfiq olduğunu qeyd edib.

Baş nazir regionda sülh və etimadın bərpa edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın yaxın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında Gürcüstanın vasitəçilik səyləri nəticəsində əldə edilən razılaşma regional dialoqa təşviq edir və təhlükəsizlik mühitini inkişaf etdirir.

Hökumət başçısı ABŞ-ın müdafiə nazirinə Gürcüstanın yeni sülh platforması təşəbbüsü - “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü” barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR