ABŞ və Rusiya liderləri İran məsələsində birgə işləmək barədə razılığa gəliblər

ABŞ və Rusiya liderləri İran məsələsində birgə işləmək barədə razılığa gəliblər
# 17 iyun 2021 04:17 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə İran və bu ölkənin nüvə silahı əldə edə bilməməsi mövzusunda birlikdə işləməklə bağlı razılığa gəliblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu C.Bayden Cenevrədə rusiyalı həmkarı ilə görüşdən sonra mətbuata açıqlayıb.

“İranın nüvə silahı almamasını təmin etmək həm Rusiya, həm də ABŞ-ın mənafeyinə uyğundur. Bu, bizim kimi Rusiya üçün də maraqlı olduğundan birlikdə iş görməklə bağlı razılaşdıq. O, İran məsələsində kömək etməyə hazır olduğunu bildirdi”, - Bayden belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR