Aİ-nin Xarici İşlər Şurası “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələri müzakirə edəcək

Aİ-nin Xarici İşlər Şurası “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələri müzakirə edəcək
# 18 oktyabr 2021 12:21 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurası “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə əlaqələri müzakirə edəcək.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, təşkilata üzv ölkələrin xarici işlər nazirləri Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələrini, xüsusilə də proqrama üzv ölkələrin Aİ-yə həm iqtisadi, həm də siyasi yaxınlaşmasına dair müzakirə aparacaqlar.

Müzakirə zamanı “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin noyabra planlaşdırılan görüşü, həmçinin dekabrda keçirilməsi nəzərdə tutulan “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələlərinə fokuslanılacağı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR