Almaniya səfiri: “Hər şey etməliyik ki, regionda bir daha qırğınlar baş verməsin” - VİDEO

Volfqanq Maniq

© APA | Volfqanq Maniq

# 07 oktyabr 2021 16:19 (UTC +04:00)

“Almaniyanın Gəncə ilə münasibətlərinin tarixi 200 ilə yaxındır. 200 il əvvəl alman həmvətənlərim Göygöl yaxınlığında bir qəsəbədə məskunlaşıblar. Həm də bu, Gəncə ilə Almaniya arasında münasibətlərin nə dərəcədə intensiv olmasına bir misaldır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

Diplomat Azərbaycanda 50 mindən çox gəncin alman dilini öyrənməsindən də məmnun olduğunu vurğulayıb: “Həmçinin çox sevindiricidir ki, burada alman dili müəllimliyini tətbiq edən çoxlu gənc kadr var. Azərbaycandan ali təhsil almaq üçün Almaniyaya gedən gənclərin olması da sevindiricidir”.

Gəncədə Ermənistanın raket hücumlarına məruz qalmış ərazilərə baş çəkən səfir bütün müharibə qurbanlarının xatirəsi qarşısında baş əydiklərini vurğulayıb: Həmçinin, konkret olaraq 1 il əvvəl baş vermiş müharibədə həlak olanların xatirəsini hörmətlə yad edirik. Məhz sivil, dinc əhali arasında olan qurbanlar bizə xatırladır ki, müharibənin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi etməliyik ki, regionda sülh və əmin-amanlıqda yaşayış mümkün olsun, qırğınlar bir daha baş verməsin”.

Səfir bildirib ki, İkinci Qarabağ müharibəsi haqqında Almaniya mediasında intensiv və detallı xəbərlər verilib: “Gəncə hadisəsi zamanı da Almaniyadan bura müxbirlər gəlmişdi.

Almaniya Birinci Qarabağ müharibəsindən bu yana hər iki ölkə və xalq arasında barışığın olmasının tərəfdarı kimi çıxış edib. Bizim Ermənistanda və Azərbaycanda fəaliyyətimizin istiqamətlərindən biri də budur. Biz QHT səviyyəsində, qaçqınlarla iş proseslərində layihələr həyata keçiririk. Həmçinin bizim Ticarət Palatamız Qarabağın yenidən qurulması sərgisində də iştirak edəcəyik. Biz bununla öz dəstəyimizi ifadə edirik ki, regionda hər iki xalq arasında münaqişə baş verməsin, sülh və əmin-amanlıq olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR