Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib - VİDEO - YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib - VİDEO  -  YENİLƏNİB
# 17 iyul 2021 22:08 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


21:02

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR