Azərbaycan və Avstriya XİN başçıları görüşüb

Ceyhun Bayramov, Aleksandr Şallenberq

© APA | Ceyhun Bayramov, Aleksandr Şallenberq

# 26 may 2021 18:41 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə nazir Ceyhun Bayramov “Twitter”də bildirib.

Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub.

“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR