Ekspert: “Rusiya-Azərbaycan münasibətləri praqmatik və strateji yönümlüdür” - FOTO

Ekspert: “Rusiya-Azərbaycan münasibətləri praqmatik və strateji yönümlüdür” - <span class="red_color">FOTO</span>
# 08 iyun 2021 13:32 (UTC +04:00)

Moskvada “Rusiya və Azərbaycan layihələri - Xəzər regionunun inkişafı drayverləri. Xəzər İqtisadi Forumuna doğru” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, tədbir “Şimal-Cənub” siyasi mərkəzi və “Baku Network” ekspert şurasının təşkilatçılığı ilə baş tutub.

“Baku Network” ekspert şurasının direktoru Gülnarə Məmmədzadə regionda sülhün qorunub saxlanılmasında Azərbaycan və Rusiya liderləri arasında olan stabil siyasi dialoqun vacibliyini qeyd edib: “İki ölkənin prezidentləri tərəfindən ikitərəfli əməkdaşlıq strategiyasının əsası qoyulub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında həlli əks olun nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın işğalından azad olunan ərazilərdə beynəlxalq iqtisadi korporasiya zonalarının yaradılması Xəzəryanı ölkələrin iqtisadiyyatına birbaşa təsir edəcək”. 

Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında Xəzərdə təhlükəsizlik məsələlərinə və müxtəlif terror təhdidlərinin qarşısını almaq üçün birgə səylərə diqqəti yönəldib: “Xəzər dənizi Rusiya üçün olduğu kimi Azərbaycan üçün də vacib kommunikasiya dəhlizidir”.

Parlamentarinin sözlərinə görə, pandemiya və onun nəticələrinə baxmayaraq, Azərbaycan və Rusiya iqtisadi münasibətlərin həcmini qoruyub saxlaya bilib: “İqtisadi münasibətlərin gələcək artımı üçün çox yaxşı potensial mövcuddur. Üçüncü ölkə bazarlarındakı işlərlə bağlı da biz Rusiya ilə çox aktiv əməkdaşlıq edirik. Çoxları orada Azərbaycanın Rusiya ilə rəqabət etdiyini qəbul edir, lakin neft və qaz sahibi olaraq xarici bazarlarda neftin qiymətinin aşağı düşməməsi və rəqabətimizin ədalətli olması üçün biz daha çox korporasiyada maraqlıyıq”.

Y. Primakov adına Milli İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutu, Post-Sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının əməkdaşı Stanislav Pritçin Rusiya-Azərbaycan münasibətlərinin praqmatik, strateji yönümlü münasibətlərə nümunə olduğunu qeyd edib: “Regionun 2020-ci ilin sonunda üzləşdiyi Rusiya-Azərbaycan münasibətləri və Rusiya üçün Qafqazda ciddi bir problem olan belə bir münaqişə vəziyyətindən sonra da iki ölkə arasındakı münasibətlərin xarakteri dəyişməyib. Tərəflərin çətin anları dayandırmağı bacardığını, eyni zamanda, aktiv, açıq dialoq və davamlı məsləhətləşmələr hesabına bütün məsələləri dərhal və uzunmüddətli münasibətlər üçün fəsadsız həll etdiyini görürük”.

Tədbir çərçivəsində “Xəzər Geosiyasəti” kitabını təqdim edən politoloq İlqar Vəlizadə, “Lotos” Xüsusi İqtisadi Zona Səhmdar Cəmiyyətinin Baş direktoru Sergey Miluşkin, Siyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin, “Day.az” informasiya portalının redaktoru Emin Əliyev və digərlərinin Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı, Xəzər regionunun aktual təhlükəsizlik problemləri, Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişafının ekoloji aspektləri mövzularında məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR