Fəxrəddin Altun: “27 sentyabr 30 illik kədəri böyük sevincə çevirən prosesin başlandığı gündür”

Fəxrəddin Altun

© APA | Fəxrəddin Altun

# 27 sentyabr 2021 14:06 (UTC +04:00)

“27 sentyabr azərbaycanlı qardaşlarımızın qəlbində 30 illik kədəri böyük bir sevincə çevirən prosesin başlandığı gündür”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter”də bildirib.

O qeyd edib ki, sentyabrın 27-də Azərbaycan Ermənistanın qanunsuz işğalına qarşı beynəlxalq hüququn tələblərinə əsaslanaraq hərbi əməliyyata başlayıb.

“Ordusu və xalqı ilə birlikdə çox qısa zamanda Qarabağı azad edərək böyük bir dastan yazan qardaş Azərbaycanı və xalqını təbrik edirəm”, - deyə F. Altun vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR