Fuad Axundov: "Ermənistanın yeganə çıxış yolu qonşu ölkələrə ərazi iddialarından əl çəkməsidir"

Fuad Axundov

© APA | Fuad Axundov

# 24 noyabr 2021 20:12 (UTC +04:00)

"Ermənistan regionda yeganə monoetnik dövlətdir. Bu tarixin təbii gedişatın nəticəsi deyil, bu, etnik təmizləmənin nəticəsidir. Dağıntılarda da gördüyünüz kimi, ermənilər Livan boyda bir ölkəni dağıdıblar".

Bunu Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov APA-ya açıqlamasında deyib.

F.Axundov bildirib ki, işğaldan azad edilən əraziləri yenidən tikməliyik: “İkinci dünya müharibəsində də dağıntılar olub. Ancaq həmin dağıntılar şiddətli döyüşlərin nəticəsində olub. Burda isə bütün binalar kərpic-kərpic sökülüb. Bunun Cənab Prezidentin də dediyi kimi, iki səbəbi var: birincisi talan, ikincisi isə bizim tarixi izlərimizi silmək.
Bu gün Ermənistan bütün layihələrdən kənarda qalıb. Bunun yeganə çıxış yolu onların qonşu ölkəyə qarşı ərazi iddialarından əl çəkməsidir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR