İsrail səfiri: “Əraziləri bərpa etməkdə və yenidən qurmaqda Azərbaycana kömək etmək istəyirik”

Corc Dik

© APA | Corc Dik

# 02 noyabr 2021 11:32 (UTC +04:00)

“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“İndi ərazi bütövlüyü bərpa olunandan sonra biz Azərbaycanın yanında olaraq, əraziləri bərpa etməyə və yenidən qurmağa kömək etmək istəyirik”, - deyə diplomat qeyd edib.

Səfir ölkəsinin Qarabağın bərpa olunmasında Azərbaycana kömək etməkdə çox maraqlı olduğunu vurğulayıb: "Bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazırıq. Ötən həftə Bakıda “Rebuild Karabakh” sərgisi keçirilib. Həmin sərgidə İsrail şirkətləri də iştirak edib.

İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır. Biz düşünürük ki, bu, kənd təsərrüfatı, suyun idarə edilməsi və digər sahələr ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR