Komissar: “Azərbaycan Aİ-nin enerji diversifikasiyasında önəmli rola malikdir”

Oliver Varhelyi

© APA | Oliver Varhelyi

# 08 iyul 2021 17:19 (UTC +04:00)

“Bakıda görüşlərimizdə strateji məsələlər, enerji tərəfdaşlığı barədə danışdıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Cənab Varhelyi qeyd edib ki, Azərbaycan Aİ-nin enerji diversifikasiyasında önəmli rola malikdir: “Biz, həmçinin, əməkdaşlığın növbəti mərhələləri barədə də danışdıq, “yaşıl enerji”, alternativ enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycan tərəfinin də bizimlə əməkdaşlıqda maraqlı olduğunu görməyə şadam.

Kənd təsərrüfatı sahəsində Aİ-nin təcrübəsi Azərbaycanda istifadə oluna bilər və bu çox faydalı olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR