Korotçenko: "Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın"

İqor Korotçenko

© APA | İqor Korotçenko

# 15 noyabr 2021 12:47 (UTC +04:00)

“Bizim səfərimiz zamanı Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya hərbçilərinə qarşı yönəlmişdi".

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiyanin "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

O deyib ki, bu terror aktında əsas məqsəd Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq idi: “Şükür ki, terrorçu qısa müddətdə saxlanıldı. Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq mühafizə orqanlarına verilsin. Ya da bu terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın. Terror aktını törədən şəxs Ermənistan vətəndaşıdır və bu, beynəlxalq terror aktıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR