Bank Of Baku

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
# 22 sentyabr 2026 21:37 (UTC +04:00)

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şirvan şəhər sakini 1985-ci il təvəllüdlü M. Xalıqovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. İlkin məlumata görə, ölən piyada TIR sürücüsüdür.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR