Litvalı deputat: “ATƏT, BMT, Minsk Qrupu, Minsk Sazişi və s. formatlar münaqişələrin həllində effektiv nəticəyə nail olmayıb”

Andrius Kubilius

© APA | Andrius Kubilius

# 01 dekabr 2021 15:22 (UTC +04:00)

“Yalnız Cənubi Qafqaz regionunda deyil, "Şərq Tərəfdaşlığı" regionunda biz görürük ki, Rusiya aktiv şəkildə münaqişələrin yaradılmasında iştirak edir, daha sonra özünü sülh vasitəçisi kimi göstərir”.

APA-nın məlumatına görə, bunu Litvanın (Homeland Union partiyası) Avropa Parlamentindəki deputatı Andrius Kubilius Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

A. Kubilius bildirib ki, bütün beynəlxalq formatlar - ATƏT, BMT, Minsk Qrupu, Minsk Sazişi, Cenevrə danışıqları və s. münaqişələrin həlli istiqamətində effektiv nəticəyə nail olmayıb: “Bütün bu formatlar mövcuddur, lakin biz açıq şəkildə etiraf etməliyik ki, onların heç bir nəticəsi yoxdur. Biz müxtəlif fikirlər səsləndirə bilərik ki, məsələn, Rusiya burda oyun oynayır və s. lakin reallıq budur ki, bu beynəlxalq formatlar işləmir. Biz eyni formatlarla davam edəcəyimiz təqdirdə eyni nəticələri də əldə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR