Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti oktyabrın 24-də Özbəkistan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində sədr M.Pənahovun Özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək
© APA | Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyasının sədri
22 oktyabr 2021 14:21 (UTC +04:00)
Xarici siyasət
Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar
23:05
25 aprel 2024
Spiker Sahibə Qafarova Monteneqroya səfər edib - FOTO
20:29
25 aprel 2024
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb
18:02
25 aprel 2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:00
25 aprel 2024