Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirak edəcək.
Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlığının gücləndirilməsi", "Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlığının genişləndirilməsi", "Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar", "NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi" və digər mövzularda məruzələr dinləniləcək.
Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, NATO-nun Əfqanıstandakı ötən dövrdəki fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək, Azərbaycan tərəfinin mövqeyini səsləndirəcək.
Milli Məclisin deputatı NATO PA-nın sessiyasında iştirak edəcək
© APA | Milli Məclis
07 oktyabr 2021 10:08 (UTC +04:00)
Xarici siyasət
Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar
23:05
25 aprel 2024
Spiker Sahibə Qafarova Monteneqroya səfər edib - FOTO
20:29
25 aprel 2024
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırılıb
18:02
25 aprel 2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:00
25 aprel 2024