Nazir Ermənistana mina xəritələrinin təhvil verilməsi ilə bağlı çağırış edib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 iyun 2021 16:30 (UTC +04:00)

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində ikisi media nümayəndəsi olmaqla üç azərbaycanlı mülki vətəndaşın ölməsi ilə bağlı xəbərə dərindən kədərləndim”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Hər gün onlar bu çağırışdan imtina etdikcə, daha çox həyat təhlükə altına düşür”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR