Nazir: “Türkiyənin verdiyi siyasi və mənəvi dəstək şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 11 noyabr 2021 12:06 (UTC +04:00)

“Bildiyiniz kimi, ötən əsrin 80-ci illərin sonunda Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüz ilə nəticələnib. 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, taleyi bu günə qədər bəlli olmayan 4000-ə yaxın soydaşımız itkin düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, təmas xəttində olan kəndləri və digər mülki infrastruktur obyektlərini atəşə tutmaqla növbəti geniş miqyaslı hərbi təxribata əl atıb: “Ermənistanın hərbi təcavüzünü dəf etmək, mülki şəxslərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb.

44 gün davam edən əməliyyat nəticəsində Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzalayıb, bununla da münaqişə sona yetib. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin edib.

Təqribən son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilib, bütün mədəni və dini abidələr viran qoyulub, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinib.

C. Bayramov qeyd edib ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib: 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb. Bu müddət ərzində qardaşım Mevlüt Çavuşoğlu 5 dəfə Azərbaycana səfər edib. Fürsətdən istifadə edərək, xarici işlər naziri Mevlüt bəyin simasında qardaş Türkiyəyə təşəkkür ifadə etmək istərdim. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar verib. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR