Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng edib

Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng edib
# 16 noyabr 2021 21:18 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR