Qazax jurnalist: “Füzuli, Cəbrayıl, Şuşa, Gəncə və Ağdamda gördüklərimiz bizdə çox dəhşətli təəssüratlar yaradıb”

Meruyert Berkutbayeva

© APA | Meruyert Berkutbayeva

# 02 sentyabr 2021 16:33 (UTC +04:00)

“Artıq üçüncü gündür, Azərbaycandayıq. Bu üç gün ərzində Füzuli, Cəbrayıl, Şuşa, Gəncə və Ağdam rayonlarına getmişik. Gördüklərimiz bizdə çox dəhşətli təəssüratlar yaradıb. Çünki çoxlu dağıntılar gördük”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Qazaxıstanda nəşr olunan "Egemen" qəzetinin əməkdaşı Meruyert Berkutbayeva Ağdamda verdiyi açıqlamasında deyib.

M. Berkutbayevanın sözlərinə görə, bütün bu dağıntılar onu təsdiq edir ki, burda yaşayan insanlar evlərini, öz doğma diyarlarını tərk etmək məcburiyyətində qalıblar: “Bu bizdə çox böyük dəhşət yaratdı. Başa düşürük ki, müharibə insanların həyatında böyük dəyişikliklər yaradıb. Ümid edirik ki, bundan sonra Azərbaycan bütün dağılmış yerləri bərpa edəcək və inkişafa doğru gedəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR