Ruhani: “İran-Azərbaycan sərhədində xeyli müsbət dəyişiklik baş verəcək”

Həsən Ruhani

© APA | Həsən Ruhani

# 21 iyun 2021 12:55 (UTC +04:00)

Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə bu gün İran Prezidenti Həsən Ruhani Azad İqtisadi Zona Təşkilatının layihələrinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, iki ölkənin sərhəd bölgələrində xeyli müsbət dəyişikliklər müşahidə olunacaq.

İran Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşib: “Əminəm ki, İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək”.

H. Ruhani qeyd edib ki, sanksiyaların ləğvi ilə xarici investorların ölkəyə axını baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR