Rusiya XİN Gürcüstanın “altılıq platforması” ilə bağlı mövqeyinə münasibət bildirib

Rusiya XİN

© APA | Rusiya XİN

# 10 noyabr 2021 17:47 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın “altılıq platforması” ilə bağlı mövqeyinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ölkəsi “altılıq platforması”nı dəstəkləyib.

“Əlbəttə ki, biz bu formatın reallaşması planının praktik müstəviyə keçirilməsinin vaxtının gəlib çatdığını düşünürük. O ki qaldı Gürcüstana, biz Tbilisidən bu ölkənin məlum əməkdaşlıq mexanizmində iştirakı ilə bağlı ziddiyyətli bəyanatlar eşidirik. Bu, suveren ölkənin mövqeyidir. Hesab edirik ki, “3+3” əməkdaşlıq formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR