Sabir Rüstəmxanlı: “Birgə təlim keçirən Azərbaycan və Türkiyə orduları dünyaya birliyimizi göstərir” 

Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri

© APA | Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri

# 15 sentyabr 2021 15:43 (UTC +04:00)

“Bu gün Azərbaycan müstəqildirsə, biz bu müstəqilliyi 1990-cı ildə bərpa etməyi bacarmışıqsa, bərpa edilməli hansısa dəyərlərimiz olubsa, onun hamısını bu gün Türk şəhidliyində uyuyan 1130 şəhidə və o zaman Azərbaycan Ordusunun şəhid olan əsgərlərinə borcluyuq”.
Bunu APA-ya açıqlamasında Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə yürüşdə iştirak edən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı bildirib.
S. Rüstəmxanlı deyib ki, Bakı erməni-bolşevik quldur dəstələrindən azad edilib və Azərbaycanın 2 illik müstəqilliyi bizim üçün bir örnək yaradıb: “Bu gün də Azərbaycan müstəqildir. Şükür, İkinci Qarabağ savaşında qalib gəlmişik, müstəqilliyimiz günü-gündən möhkəmlənir. Azərbaycan bir dövlət kimi 30 ildir ayaqdadırsa, bu, artıq Azərbaycan dövlətinin əbədi olacağına bir işarədir. Ona görə də biz bu gün Türk şəhidlərinin ruhunu sevindirməyə gəlmişik. Onlara demək istəyirik ki, Siz unudulmamısınız, yaşayırsınız. Sizin arzularınızın, ideallarınızın davamı olaraq bu gün yenə Azərbaycan və Türkiyə orduları bir yerdədir, bir yerdə təlim keçirir, dünyaya da bizim birliyimizi göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR