Səfir: "İşğaldan azad olunmuş ərazilərinin reabilitasiyasında Pakistan şirkətləri üçün geniş imkanlar var"

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee

© APA | Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee

# 07 iyul 2021 11:14 (UTC +04:00)

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və reabilitasiyasında Pakistan şirkətlərinin iştirakı üçün geniş imkanlar var”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında bildirib.

Səfir deyib ki, Azərbaycan rəsmi şəkildə xarici şirkətləri bu prosesdə iştirak etməyə dəvət edib: “İstəyirik ki, Pakistan şirkətləri bu prosesdə ilk iştirak etməyə gələnlərdən olsun. İnanırıq ki, bu iqtisadi əməkdaşlıq palatası bu istiqamətdə də informasiyanın pakistanlı şirkətlərə ötürülməsində öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR