Türkiyə Böyük Millət Məclisinin sədri: “Ermənistanın hücumları bu ölkənin bölgə savaşı çıxarmaq potensialı olduğunu göstərdi”

Türkiyə Böyük Millət Məclisinin sədri: “Ermənistanın hücumları bu ölkənin bölgə savaşı çıxarmaq potensialı olduğunu göstərdi”

© APA | Mustafa Şentop

# 28 iyul 2021 09:28 (UTC +04:00)

“Ermənistanın Naxçıvana və Azərbaycanın digər sərhəd bölgələrinə hücumları bu ölkənin bölgə savaşı çıxarmaq potensialı olduğunu göstərdi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Türkiyə ilə bərabər 44 günlük savaşda Pakistan da Azərbaycana birmənalı dəstək verib: “Bu üç ölkədə tək dövlətlər arasında deyil, xalqlar arasında da yaxın münasibətlər var. Türkiyədə hara getsəniz, bu dəstəyi görə bilərsiniz. Pakistan barədə də eyni fikirlər söyləmək olar”.

Mustafa Şentop qeyd edib ki, parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi çox mühüm əhəmiyyət kəsb edir: “Mən 44 günlük savaşın olduğu dönəmdə də Bakıya gəlmişdim, o zaman da Azərbaycana dəstəyimizi ifadə etdik. Ermənistanın mülki insanlara qarşı cinayətlərinə diqqət çəkmək üçün Gəncəyə getdik, yaralıları da ziyarət etdik. İndi də Bakıda olduğumdan məmnunam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR