Türkiyə Prezidenti: “Putin hər zaman “altılıq platforması”nın müzakirəsinə hazırdır”

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 30 sentyabr 2021 14:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin hər zaman “altılıq platforması” təşəbbüsünü müzakirə etməyə hazırdır.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində bildirib.

Ərdoğanın sözlərinə görə, V. Putin “altılıq platforması” təşəbbüsünə hər zaman müsbət yanaşıb.

O qeyd edib ki, Soçidə rusiyalı həmkarı ilə Suriya, Qarabağ, Liviya və Əfqanıstandakı prosesləri ətraflı şəkildə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR