Türkiyə XİN rəhbəri Ermənistana xəbərdarlıq edib

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 17 noyabr 2021 16:15 (UTC +04:00)

“Azərbaycan əldə etdiyi zəfərdən sonra bölgənin sabitliyi və inkişafı üçün “altılıq platforması” təşəbbüsü ilə çıxış edib, Ermənistana sülh təklif edib. Təsəvvür edin, müharibədə qalib gələn tərəf, güclü olan tərəf sülh təklifi ilə çıxış edir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəhreynli həmkarı ilə keçirdiyi mətbuat konfransında APA-nın Ankara müxbirinin sualına cavab olaraq deyib.

Nazir ötən il üçtərəfli atəşkəsdən dərhal sonra Ermənistanın Azərbaycan torpaqlarına diversantlar göndərdiyini xatırladıb.

“Ermənistan saxlanılanların geri qaytarılması üçün yalvarır, digər tərəfdən də təxribatlarına davam edir. Azərbaycan əsgərlərinə hücum edir. Ermənistanın təxribatları nəticə verməyəcək. Biz də Türkiyə olaraq bölgənin sabitliyini, münasibətləri normallaşdırmaq istəyirik. Biz belə deyirik, Ermənistan isə təxribat törədir. Bəs qarşılığında nə əldə edir? Ermənistan uduzur və yenə uduzacaq”, - Türkiyə XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR