Türkiyənin Baş Ombudsmanı: "Bu gün Bakının azadlığa qovuşduğu gündür"

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

© APA | Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç

# 15 sentyabr 2021 11:23 (UTC +04:00)

"Bu gün Bakının azadlığa qovuşduğu gündür".

APA-nın məlumatina görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 103 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu bu torpaqlara gələrək Azərbaycanın igid və vətənpərvər övladları ilə birlikdə Bakını işğaldan azad ediblər:

"Burada şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, Qarabağ zəfərindən sonra bu torpaqlara layiq olduğu sülh və əmin-amanlıq gələcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR