Viktor Yuşşenko Qarabağda 4 mlrd. dollarlıq texnika və silahın necə peyda olmasına diqqət yetirilməli olduğunu bildirib

Viktor Yuşşenko Qarabağda 4 mlrd. dollarlıq texnika və silahın necə peyda olmasına diqqət yetirilməli olduğunu bildirib
# 06 noyabr 2021 13:11 (UTC +04:00)

“Azərbaycanın torpaqlarını azad etdiyi 44 günlük müharibə zamanı Dağlıq Qarabağda məhv edilən, ələ keçirilən texnika, silah və sursatın 4 milyard dollar qiyməti vardı. O texnika və silahların bir qismi hazırda Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı proqramı: potensialı nədir?” mövzusunda paneldə Ukraynanın keçmiş Prezidenti (2005-2010) Viktor Yuşşenko bildirib.

Ukraynanın keçmiş Prezidenti (2005-2010-cu illər) Viktor Yuşşenko deyib ki, Rusiya istehsalı olan bu texnika və silahı almaq üçün Ermənistanın, Dağlıq Qarabağdakı qondarma rejiminin vəsaiti olmayıb: “Bəs bu texnika və silahlar necə orada peyda olmuşdu? Cənubi Osetiya və Abxaziyada, o cümlədən bizim ərazilərin bir hissəsində də belə vəziyyət mövcuddur. Bu suallara cavab tapılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR