Xarici işlər naziri Ceyhun Bayramov və millət vəkili Tural Gəncəliyev Antalya Diplomatik Forumunda iştirak edəcək

Türkiyə XİN-in İnformasiya şöbəsinin müdiri Murat Karagöz

© APA | Türkiyə XİN-in İnformasiya şöbəsinin müdiri Murat Karagöz

# 08 iyun 2021 00:04 (UTC +04:00)

İyunun 18-20-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatik Forumu (ADF) keçiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəçiliyi və iştirakı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ev sahibliyi ilə keçiriləcək ADF-yə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qatılacaq.

APA-nın yerli bürosuna bu barədə Türkiyə XİN-in İnformasiya şöbəsinin müdiri, ADF-nin koordinatorü, səfir Murat Karagöz bildirib.

M.Karagöz deyib ki, “Yenilikçi Diplomatiya: yeni dövr, yeni yanaşmalar” adı ilə baş tutacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən 100 diplomat dəvət olunub.

Dəvətlilər arasında azərbaycanlı millət vəkili, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev də var.

ADF-də 15-dən çox fərqli mövzularda panellərin olduğunu bildirən M.Karagöz bunlar arasında “Güney Qafqaz: Regional Sülh və Əməkdaşlıq üçün Yeni Fürsətlər” mövzusunda müzakirələrin olacağını da qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 2020-ci ilin noyabrında imzalanan Birgə Bəyannamədən sonra yeni bir mərhələyə qədəm qoyub. Bu uzlaşma bölgədə əməkdaşlığı canlandıra və əlaqə qura bilən davamlı sülh və sabitliyə yol açmaqdadır. Bununla birlikdə, otuz illik münaqişədən sonra ölkə daxilində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıdışı, Qarabağın hərtərəfli yenidən qurulması, regionda davamlı iqtisadi və sosial bərpa, uzunmüddətli normallaşmanı asanlaşdırmaq üçün təcili həll edilməsi lazım olan məsələlər var. İclasda bu məsələlər, regionda rol oynayan qüvvələrin birgə əməkdaşlığı, problemlərin həll yolları müzakirə olunacaq”, - deyə diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR