YAP və AKP Gəncədə “Şuşa Bəyannaməsi”nə həsr olunmuş konfrans keçirəcək

YAP və AKP Gəncədə “Şuşa Bəyannaməsi”nə həsr olunmuş konfrans keçirəcək
# 22 iyul 2021 12:03 (UTC +04:00)

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi”nə həsr olunmuş birgə konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR