Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib
# 16 April 2021 09:47 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.

XİN Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, aprelin 14-də Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb: "Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. 

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR