Azərbaycanın Almaniyadakı Səfiri Brandenburq federal torpağının Landtaqının prezidenti ilə görüşüb

Azərbaycanın Almaniyadakı Səfiri Brandenburq federal torpağının Landtaqının prezidenti ilə görüşüb
# 05 noyabr 2020 23:31 (UTC +04:00)

Azərbaycanın Almaniyadakı Səfiri Ramin Həsənov Brandenburq federal torpağına səfər edib və səfəri zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüşüb.

Azərbaycanın Almaniyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR