Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub

Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub
# 24 avqust 2020 14:53 (UTC +04:00)

Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, tədbirdə Ukrayna səfirliyinin əməkdaşları, Azərbaycandakı Ukrayna icmasının rəhbərləri tədbirdə iştirak edib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın Müstəqilliyinin 29-cu ildönümü ilə bağlı çıxış edib.

"Ağır sınaqlara və pandemiya ilə əlaqədar olaraq Ukraynada və bütün dünyada tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, xüsusi dəyərə malik olan xoş hadisələr də baş verib. Şübhəsiz ki, ukraynalılar üçün bu cür hadisə Ukraynanın Müstəqillik gününün qeyd olunmasıdır. Bu, hər birimiz üçün simvolik bayramdır, çünki o qəhrəman əcdadlarımızın bir çox nəsillərin azadlıq və müstəqilliyə olan eşqini təcəssüm edir. Biz ukraynalılar heç zaman ruhdan düşmürük. Möhkəm və güclüyük, yüzillər ərzində torpaqlarımızı qorumuşuq və indi də azadlığımızı, ərazi bütövlüyümüzü müdafiə etməyə davam edirik. Bu gün ukraynalılar heç zaman olmadığı qədər birləşib. Biz Avropa və Avro-atlantik inteqrasiya yönündə qətiyyətlə irəliləyirik", - deyə səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR