TürkPA Baş katibi ABŞ Prezidentinin açıqlamasından narahatdır

TürkPA Baş katibi ABŞ Prezidentinin açıqlamasından narahatdır
# 25 aprel 2021 19:23 (UTC +04:00)

TürkPA Baş katibi 1915-ci il hadisələrinin yanlış tanınmasından narahatlığını ifadə edib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Altınbek Mamayusupov ABŞ Prezidentinin 1915-ci ildə Birinci Dünya Müharibəsi dövründə baş verən dramatik hadisələrlə bağlı açıqlamasından narahatlığını bildirib.

APA Altınbek Mamayusupovun fikirlərini təqdim edur:

“Tarixi hadisələrin nəql edilməsini siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır”.

Baş katib xüsusilə peşəkar tarixçilərin 20-ci əsrin tarixi aspektlərini öyrənməsinin vacibliyini vurğulayıb.

Cənab Mamayusupov, beynəlxalq ictimaiyyəti, xüsusən də elmi ictimaiyyəti, Türkiyənin həmin dönəmdə baş verən tarixi hadisələrlə əlaqəli arxivlərin araşdırılması üçün tarixçilər arasından ortaq bir komissiya yaradılması təklifini dəstəkləməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR