Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.
***
20:56
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.
APA-nın xəbərinə görə, bu barədə Ann Linde "Twitter" hesabında bildirib.
"Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir", ATƏT sədri qeyd edib.