Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının tərkibinə dəyişiklik edilib

Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının tərkibinə dəyişiklik edilib
# 06 may 2021 10:56 (UTC +04:00)

Azərbaycan və Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncama dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə təsdiq edilib:

Komissiyanın həmsədri

- Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri:

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

- Azərbaycan Respublikası maliyyə nazirinin müavini

- Azərbaycan Respublikası energetika nazirinin müavini

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

- Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyi Sərəncam edilən dəyişiklik barədə Estoniya Respublikası tərəfinə bildiriş göndərməlidir.

Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi idi:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR