Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub

#
# 22:19
18 may 2021

Mayın 18-də xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin, təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR