Lavrov: “Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 11 may 2021 13:27 (UTC +04:00)

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, - deyə S. Lavrov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir: “Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR