Hacıqabul gölünün ekoloji vəziyyətinin bərpası üzrə tədbirlər görülür

Hacıqabul gölünün ekoloji vəziyyətinin bərpası üzrə tədbirlər görülür
# 16 may 2013 09:38 (UTC +04:00)

Bakı – APA. Son illər Hacıqabul gölünün Kür çayı ilə təbii qidalanmasının dayandırılması və gölün akvatoriyasına antropogen təsirlərin artması onun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi və bu sahədə kompleks tədbirlərin aparılması məqsədilə nazirliyin müvafiq əmrinə əsasən Kompleks Tədbirlər Planının hazırlanması üçün ETSN-də aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb.

İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar bir daha qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”nın layihəsi hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlər Kabineti tərəfindən Kompleks Tədbirlər Planı rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR