Azərbaycan prezidenti Bolqarıstan baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan prezidenti Bolqarıstan baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 20 fevral 2014 12:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA-nın məlumatına görə, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə Bolqarıstan baş naziri Plamen Oreşarski arasında təkbətək görüş olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirilib.

Azərbaycanla Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. P.Oreşarskinin Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasına toxunan dövlət başçısı Azərbaycan və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini qeyd edən Azərbaycan prezidenti bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğulayıb. Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edən İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb. İlham Əliyev Bolqarıstan baş nazirinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirib.

Yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edən P. Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirib. Baş nazir Bolqarıstanla Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR