Bakının “İqtisadçı” klubu amerikalı voleybolçunu transfer edib

Bakının “İqtisadçı” klubu amerikalı voleybolçunu transfer edib
# 09 yanvar 2014 13:00 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasının pley-off mərhələsinə hazırlaşan “İqtisadçı” heyətinə yeni voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi amerikalı Deja Makklendonla danışıqları müsbət yekunlaşdırıb.


Pensilvaniya Universitetinin komandasından transfer olunan 21 yaşlı hücumçu ilə hələlik mövsümün sonuna kimi müqavilə imzalanıb. Lakin voleybolçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddətinin uzadılması istisna deyil.

Qeyd edək ki, Makklendon “İqtisadçı”dan göndərilən həmyerlisi Kim Vilouqbini əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR