Lənkəran-Boradigah şosesində sahibsiz atlar təhlükəyə çevrilib - FOTO - VİDEO

Lənkəran-Boradigah şosesində sahibsiz atlar təhlükəyə çevrilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 13:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran-Boradigah şosesinin rayonun Separadi və Zövlə kəndlərindən keçən hissəsində sahibsiz atlar təhlükəyə çevrilib. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, atlar onlara məxsus əkin sahələrini, sitrus və meyvə bağlarını dağıdıb məhv etməklə, xeyli ziyan vurublar. Bundan əlavə, atlar günün istənilən vaxtında yolna çıxaraq nəqliyyat vasitələri üçün qəza şəraiti yaradırlar.

Bir neçə gündür ki, ərazidəki sahibsiz atlar yırtıcıların hücumuna məruz qalıblar. Analoji hadisə ötən gecə də qeydə alınıb. Yırtıcı heyvanlar sahibsiz atlardan birini parçalayıblar. Yerli sakinlər bunun canavar tərəfindən törədildiyini bildirsələr də, Lənkəran Rayon Baytarlıq İdarəsinin sahə baytar həkimi Cəbi Şirəliyev məlumatı təkzib edib: “İlkin versiya kimi bu qənaətə gəlmək olar ki, at hansısa xəstəlik səbəbindən ölüb və itlər, yaxud da çaqqallar ölü cəmdəyi parçalayıblar”.

Yerli sakinlər və sürücülərin əlaqədar qurumlardan sahibsiz atların ərazidən uzaqlaşdırılmasını istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR