İsveçrədə helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

İsveçrədə helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb
# 21 dekabr 2013 22:44 (UTC +04:00)

Bakı-APA. İsveçrənin şərqindəki Qlarus bölgəsində helikopter qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident ötən gün günorta saatlarında Elm kommunasında baş verib. İlkin məlumata görə, helikopter eniş edən zaman, hələlik məlum olmayan səbəblərdən arxa hissəsi ilə yerə toxunub, nəticədə ekipaj idarəetməni itirib və helikopter böyrü üstə aşıb.

Helikopterin göyərtəsində 3 nəfər ekipaj üzvü və 3 nəfərdən ibarət (ər-arvad və 7 yaşlı uşaq) ailə olub. Hadisə nəticəsində uşaq istisna olmaqla 5 nəfər xəsarət alıb. Sərnişinlərdən biri daxil olmaqla iki nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR