Ukrayna “BTR-4MV” zirehli transportyorunu Azərbaycana təklif etməyə hazırlaşır - FOTO

Ukrayna “BTR-4MV” zirehli transportyorunu Azərbaycana təklif etməyə hazırlaşır - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 11:37 (UTC +04:00)

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, “Ukroboronprom” şirkəti gələn ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində “BTR-4MV” transportyorunu Azərbaycan hərbi qurumları üçün əyani şəkildə sərgiləmək niyyətindədir. Bununla bağlı Ukrayna tərəfi Azərbaycanda sərgi təşkilat komitəsinə müraciət edib.

“BTR-4MV” Ukraynanın Müdafiə Nazirliyi üçün yaradılmış modifikasiyadır. İlk dəfə 2013-cü ilin fevralında BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilmiş “İDEX-2013” beynəlxalq müdafiə sərgisində təqdim edilib. Zirehli maşının konstruksiyasında baza modifikasiyasıyla müqayisədə dəyişikliklər aparılıb. Sələfləri ilə müqayisədə “BTR-4MV”nin burun hissəsinə yeni dizayn verilib, yan qapılar ləğv edilib. Sürücünün və komandirin çıxışı ayrı lyuklar vasitəsilə həyata keçirilir. Arxa hissədə isə apparel qurulub. Maşının zirehli müdafiə “STANAG 4569 Level 3” səviyyəsinə uyğundur.

Döyüş maşını BM-7 “Parus” döyüş modulu ilə silahlandırılıb. Döyüş moduluna 1 ədəd 30 mm çaplı KBA-1 topu, 1 ədəd 30 mm çaplı avtomatik qumbaraatan, 1 ədəd 7.62 mm çaplı pulemyot və “Baryer” tank əleyhinə idarə olunan raket kompleksi daxildir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR