Azərbaycan prezidenti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 10:14 (UTC +04:00)

Bakı – APA. Dekabrın 24-də Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva də iştirak edib.

Prezident və xanımı tibb məntəqəsinə baxıb, mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış olublar.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan prezidenti və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR