ABŞ: "Rusiya Cənubi Osetiyadakı təmas xəttində çəpəri yığışdırmalıdır"

ABŞ: "Rusiya Cənubi Osetiyadakı təmas xəttində çəpəri yığışdırmalıdır"
# 02 oktyabr 2013 21:58 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ştatlar hesab edir ki, Rusiya Cənubi Osetiyadakı təmas xəttində çəpəri yığışdırmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.

“Biz təmas xəttində tikanlı məftillərin çəkilməsi haqda məlumatları görmüşük. Bu addımlar Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir və Gürcüstanın suverenliyini pozur, habelə tərəflərin münasibətlərinə xələl gətirir. Biz Rusiyanı təmas xəttində çəpəri yığışdırmağa çağıracağıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR