Lənkəranda 25 yaşlı gənc intihar edib

Lənkəranda 25 yaşlı gənc intihar edib
# 02 yanvar 2014 19:44 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 2-də rayonun Girdəni kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Məmmədxan oğlu Kərimov yaşadığı evin həyətindəki təndirxanada özünü asaraq intihar edib.

Mərhumun özünü asmasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR