Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqi beynəlxalq forumda təqdim olunub

Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqi beynəlxalq forumda təqdim olunub
# 29 may 2014 06:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Türkiyənin İstanbul şəhərində Dünya Bankının təşkilatçılığı ilə “İnformasiya sistemlərinin İdarə edilməsi və sosial müdafiə proqramlarının modernləşdirilməsi” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional forum keçirilib. Forumda Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları iştirak edib.

DSMF-nın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, forumun gedişində region ölkələrinin sığorta-pensiya sistemlərində İKT-nin tətbiqi, mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi və bu kimi digər məsələlər üzrə müxtəlif ölkələrin təcrübəsi, nailiyyətləri və problemləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb.

Forumda DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması mövzusunda təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR