TAP-da satınalma prosesi yenidən başlayır

TAP-da satınalma prosesi yenidən başlayır
# 17 aprel 2014 15:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) qaz kəməri layihəsi konsorsiumu boru xəttinin quru və dənizdə tikintisi, kompressor stansiyaları və giriş terminalı ilə yanaşı, polad borularla təminatına dair mühəndislik və tikinti xidmətlərinin satınalınma prosesinə yenidən başlayıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, konsorsiumun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir.

Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), “E.ON” (9%) və “Axpo” (5%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR